Yasamalda 48 yaşlı kişini maşın vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu, A.Şaiq küçəsi, 212 saylı evin qarşısında, həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Cavadov Cavad Babaş oğlu naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə