Cibgirliklə məşğul olan iki qadın saxlanılıb

Bakıda cibgirliklə məşğul olan iki qadın saxlanılıb. Rəfiqə olan həmin şəxslər insanların sıx olduğu avtobus və ticarət mərkəzlərində kişilərin cibinə girərək pul oğurlayıblar. Kişilərin cibindən pul oğurlayan iki qadın tutulub. Xəzər Rayon 1-ci Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində ayrı-ayrı şəxslərin pulunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ağdam rayon sakini Rəqsanə Zeynalova və Astara rayon sakini Günel Bayramovanı saxlayıb.

Araşdırma zamanı onların birlikdə müxtəlif vaxtlarda paytaxt sakinləri Fuad Osmanov, Azər Abbasov və Ağarza Şirəliyevin ciblərindənmüvafiq olaraq 380, 1250 və 350 manat pul oğurladıqları məlum olub. Rəqsanə Zeynalovanın ətrafında aparılan araşdırma zamanı onun Nizami Rayon Polis İdarəsi tərəfindən xuliqanlıq maddəsi ilə axtarışda olduğu müəyyən edilib. Günel Bayramova ifadəsində cinayət əməlinin Rəqsanə Zeynalova tərəfindən təklif edildiyini deyir.

Faktla bağlı Xəzər rayon polisi idarəsində cinayət işi başlanıb, istintaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə