Ucarda avtomobil su kanalına aşıb

Ucar rayonunun Qazyan kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünün (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə