Salyanda baş verən yol qəzasında bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. SİA xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Babazənan yaşayış məntəqəsinin sakini Cəmil Kamil oğlu Əhmədov nəqliyyat vasitəsi ilə magistralda hərəkətdə olarkən qarşıda gedən maşından mişar daşının düşməsi nəticəsində idarəetməni itirib. O, avtomobili yolun kənarında saxlayıb düşmək istəyərkən digər nəqliyyat vasitəsi onun maşınını vuraraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan sürücü Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə