Bakıda qardaş bacısını bıçaqlayıb

Bakıda qardaş bacısını bıçaqlayıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Rayonun Pivəzavod küçəsi, ev 5-də yaşayan ruhi əsəb xəstəsi, 1991-ci il təvəllüdlü Orxan Xeyrulla oğlu Nağıyev onunla birlikdə yaşayan bacısı, 1987-ci il təvəllüdlü Xatirə Xeyrulla qızı Nağıyevanı sol bud nayihəsindən bıçaqlayıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən O.Nağıyev 9 saylı Təcili Tibbi Yardımın psixiatrik briqadasına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə