Bakı metrosunda azyaşlı qıza zor tətbiq edən şəxs tutulub

İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 19-da saat 13:00 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə