Məcburi köçkünlərin məskunlaşdığı evlərdə baş verən yanğınla bağlı RƏSMİ MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi Sabunçuda məcburi köçkünlərin məskunlaşdığı 4 evdə baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı bir dam altında tikilmiş, ümumi sahəsi 1140 m² olan birmərtəbəli tikilinin (arakəsmələri taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları 670 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə