Oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılıb

Fevralın 16-da saat 01:00 radələrində Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılıb. Onlar 20-ci Polis Bölməsinə təhvil veriliblər.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə