Keçmiş məhkumlarda narkotik vasitə aşkarlandı

Nərimanov Rayon Polis İdarəsi (RPİ) 18-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında əməliyyat tədbiri keçiriblər. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini C.Seyidbəyov və Masallı rayon sakini M.Salayev saxlanıblar.

Polis əməkdaşları C.Seyidbəyovdan 10 qramdan artıq tiryək, M.Salayevdən isə çəkisi 1 kiloqram 50 qram heroin aşkar edərək götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə