Keçmiş məhkumun üzərindən tapança aşkarlanıb

Astara rayonunda keçmiş məhkumdan tapança aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş B.Əlizadə saxlanılıb.

Axtarış zamanı ondan narkotik vasitə olan heroin, “Makarov” markalı tapança, patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə