Bu ölkədə ən azı 40 nəfər "donuz qripi"ndən öldü

Hindistanın Racastan ştatında cari ilin əvvəlindən indiyədək 40 nəfər yaxın insan “donuz qripi” kimi məşhur olan H1N1 virusundan həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Sağlamlıq Mərkəzi məlumat yayıb.

Məlumata görə, virusla bağlı daha çox yayılma halı Codpur şəhərində qeydə alınıb. Belə ki, bu ərazidə 225 nəfər vurisa yoluxub və onlardan 16 nəfəri dünyasını dəyişib.

Statistik məlumatlara görə, 2018-ci ildə Hindistanın şimalında 15 min insanda “donuz qripi” aşkarlanıb, 1100 nəfər virusun qurbanına çevrilib.

Hələlik Racastan dövlət orqanları tərəfindən virusa qarşı tədbirlərin keçirilməsi ilə bağlı hər hansı əmr verilməyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə