Polis məktəbinin yaxınlığında terror 20 nəfər öldü

Kolumbiyanın paytaxtında polis məktəbinin yaxınlığında avtomobilin bombadan partlaması nəticəsində 20 nəfər ölüb, 68 nəfəri yaralanıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, bundan öncə 11 nəfərin öldüyü 65 nəfərin yaralandığı deyilirdi. Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib. Yaralılardan 58 nəfəri ilkin yardımdan sonra evə buraxılıb.

Kolumbiya hökuməti avtomobilin sürücüsünü kimliyini müəyyən edib. Lakin hadisənin motivləri hələ dəqiqləşməyib. Partlayış məzuniyyət mərasimindən bir neçə dəqiqə sonra baş verib. Ölkə rəhbəri terror qurbanlarına görə üçgünlük matəm elan edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə