Göygöldə qanunsuz ov edən dəstə saxlanılıb

Göygöl rayonunda qanunsuz ov edən 5 nəfər - Nazir, Xanlar, Şükür, Bayram və Namiq Bağırovlar saxlanılıb. Göygöl rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, onlardan sənədi olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ” markalı ov tüfəngi, 84-ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə