Şirvanda mənzildən meyit tapılıb

Şirvanda mənzildən meyit aşkar edilib. "Report"un Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri Leytenant İbrahimov küçəsi 30, mənzil 63 ünvanında 73 yaşlı Cəfər Məmişovun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Ehtimal olunur ki, həmin ünvanda yaşayan kişi xəstəlikdən ölə bilər. Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə