Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Qəza nəticəsində şəhər sakini, 1997-ci il təvəllüdlü Əmişov Hüseyn Əmiş oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Daha əvvəl Cəlilabadda yol qəzası olub, ata və qızı xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə