Avtomobillərdən oğurluq edənlər saxlanılıb

Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən parfümeriya, 3 ədəd noutbuk, geyim əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Müşfiq Zeynalov saxlanılıb.

Araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə