Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb FOTO

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın piyada yaşadığı evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq, zor tətbiq edib içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan çantasını alıb qaçdığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib.

Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...