Beton qarışdıran yük avtomobili "07"nin üstünə aşdı

Gəncənin Hacıkənd qəsəbəsində yol qəzası baş verib. Kəlbəcər rayon sakini Əsgər Muradzadənin idarə etdiyi beton qarışdıran yük avtomobili hərəkət edərkən idaertmədən çıxıb. Nəticədə yük maşını “VAZ 21 06” və “VAZ 21 07 ” markalı avtomobillərlə toqquşub. “VAZ 21 07” avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, adı çəkilən şəxsin vəziyyəti kafidir. İlkin ehtimala görə, yol qəzasına dumanlı hava şəraitində yüksək sürət səbəb olub.

Araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə