Abşeronda 30 yaşlı kişi itkin düşüb

Abşeron rayonunda 30 yaşlı kişi itkin düşüb. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bu barədə onun analığı Bibixanım Salmanov məlumat verib. Onun sözlərinə görə, Abşeron rayonunun Saray qəsəbəsi, Adil Mənsimov küçəsi, 9A ünvanında yaşayan 1988-ci il təvəllüdlü Sədi Həşim oğlu Salmanov iki gündür evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun ruhi xəstə və dil qüsurlu olduğu da bildirilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə