Qanunsuz ov edən şəxslər saxlanılıblar

Şəhər, rayon polis orqanları qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər keçirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Orta Muğan kənd sakini olan üç nəfər qanunsuz ov etdiklərinə görə saxlanılıb. Onlardan üç ov tüfəngi götürülüb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Yenikənd kənd sakini olan iki nəfərdən müvafiq sənədləri olmayan iki ov tüfəngi götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə