İranda beş tondan çox narkotik vasitə müsadirə olunub

İranın Sistan-Bəlucistan bölgəsində həyata keçirilən əməliyyat zamanı 5,4 ton narkotik vasitə müsadirə edilib. Bölgənin valisi Məhəmməd Qənbəri xəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dörd qruplaşma zərərsizləşdirilib. Son 10 gün ərzində həyata keçirilən əməliyyat zamanı silahlı dəstələr də müəyyən edilib. Həbs olunanlar var. Hazırda istintaq aparılır.

M. Qənbəri qeyd edib ki, ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra bu ölkədə narkotik vasitələrin istehsalı artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə