Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərindən birində partlayış baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarətlər alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə