Əhəd Abıyev avtomobil qəzasına düşübmü?

Bir sıra internet saytlarında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşməsi haqda məlumatlar dərc edilib. SİA-nın Gəncə bürosunun əməkdaşı məsələ ilə bağlı rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevə müraciət edib.

Ə.Abıyev deyilənləri təkzib edərək bildirib ki, bu həqiqətə uyğun deyil və ümumiyyətlə, belə bir hadisə baş verməyib: "Bu saat mən İcra Hakimiyyətində iş başındayam. Təəssüf edirəm ki, barəmdə belə dezinformasiyalar yayılır. Əgər belə bir hadisə baş versəydi, yəqin ki, hadisədən ilk xəbər tutan siz olardınız. Amma gördüyünüz kimi sağ-salamat işimin başındayam".

Bütün xəbərlər Facebook səhifəmizdə