Tovuz rayonunda yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "VAZ-21015" markalı minik maşını toqquşub. Nəticədə Qazax rayon sakini Tofiq Musa oğlu İbrahim və Tovuz rayon sakini Ədalət Xankişi oğlu İbrahimovmüxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə