Bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vətəndaşın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Həsənov bankomat kartının oğurlandığını və hesabındakı 790 manatın çıxarıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Piral kənd sakini Nəbi Butayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə