Gəncədə 1 nəfər dağıntılar altından sağ çıxarılıb (FOTO)

Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb. SİA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinini mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan şəxs hərbi qulluqçu olduğu üçün hazırda hərbi hospitala yerləşdirilib.

P.Əbubəkirov əlavə edib ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs də hərbçi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə