Qaradağda ağır qəza: 56 yaşlı qadın öldü

Bakı şəhərinin Qaradağ rayonunda yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub. FHN-dən SİA-ya verilən xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin, 1962-ci il təvəllüdlü Vəliyeva Gülgəz Əliağa qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə