Abşeronda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, rayonda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə