Gəncədə yeniyetmə qız itkin düşüb

Gəncədə yeniyetmə qız itkin düşüb. SİA-nın verdiyi məlumata görə, hadisə şəhərin Ələkbər Seyfi küçəsində baş verib.

Həmin küçədə yaşayan Nağıyev Arzu Bayram oğlu Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, 2001-ci il təvəllüdlü Nağıyeva Günay İsrafil qızı noyabrın 16-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə