Samuxda partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb

Noyabr ayının 14-də Samux rayon ərazisində yerləşən Gəncə 330 kv Yarımstansiyada baş verən partlayışzamanı xəsarət alan şəxs xəstəxanada ölüb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı ağır xəsarətlər alan, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənovyerləşdirildiyi xəstəxanada vəfat edib.

Qeyd edək ki, adı çəkilən yarımstansiyada yüksək gərginlikli elektrik xətlərinin texniki təmizliyi zamanı ehtiyatsızlıqdan qısapanma baş verib və yanğınla nəticələnən kiçik partlayış olub. Nəticədə E.Həsənov ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...