"Tarxun” restoranında yanğın baş verib

Bakının Nizami küçəsində ("Tarqovı”) "Tarxun” restoranında yanğın baş verib. SİA xəbər verir ki, restoranın tüstü borusunun içərində yağ qalıqları 12 p.m və dam örtüyündə tüstü bacasının ətrafı 3 m² sahədə yanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, restoranın yerləşdiyi ikimərtəbəli binanın 2-ci mərtəbəsi otel kimi fəaliyyət göstərir. "Tarxun”un ətrafındakı digər kafe və restoranlar da fəaliyyətini dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə