Nazikin evini qarət ediblər: "Nəyim var idisə aparmışdı"

"Ulduz" filminin Naziki - aktrisa Məleykə Ağazadə uzun zamandır ki, efirlərdən, mətbuatdan uzaq qaçır. Aktrisa nadir hallarda mətbuata açıqlama verir. SİA milli.az-a istinadən bildirir ki, aktrisa bununla bağlı açıqlama verib: "Mən nə etmişəmsə, "Ulduz" filmi ilə etmişəm. Bu filmdəki sənətçilərdən bircə mən həyatda qalmışam. Nə efirlərə çıxmaq istəmirəm, nə də evimə heç kimi buraxmıram. Keçən ilin yanvar ayında təmir üçün evimə bir usta çağırdım. Məndən soruşdu ki, tək yaşayırsan? Dedim ki, hə, tək yaşayıram. Səhəri gün həmin usta evimdən təqaüd kartımı, pulumu oğurladı. Olan-qalan nəyim var idisə aparmışdı. Özümə yeni təqaüd kartı aldım. Bu hadisədən sonra insanlara qarşı inamsızlığım yaranıb".

Bütün xəbərlər Facebook səhifəmizdə