Dünən axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, 1979-cu il təvəllüdlü kənd sakini Əsədov Məqsəd Əlimeydan oğlu yolu keçmək istəyən zaman onu “QAZ-24” markalı avtombil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Əsədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Bundan əvvəl Cəlilabadda avtomobil iki piyadanı vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə