Sənədsiz ov tüfəngi və patronlar aşkar edilib

Tərtərdə evdə müvafiq sənədləri olmayan ov tüfəngi və 8 ədəd patron aşkar edilib. DİN-dən SİA-ya verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Köçərli kənd sakini Zahid Musayevin yaşadığı evdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 8 ədəd patron aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə