500 kiloqram heroin müsadirə edilib

İranın Qərbi Azərbaycan vilayətində keçirilən xüsusi əməliyyat nəticəsində narkotik maddələrin qaçaqmalçılığının qarşısı alınıb. SİA İranın Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, əməliyyat zamanı 500 kiloqram heroin müsadirə edilib.

Bu narkotik maddənin hazırlanması üçün lazım olan xammal isə Türkiyədən İrana qaçaqmalçılıq yolu ilə keçirilib. Qaçaqmalçılar İranın Şərqi Azərbaycan ərazisində 6 ton heroin hazırlayıb Avropaya ötürməli idilər. Lakin Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyatı qaçaqmalçıların planının qarşısını alıb.

Açıqlamada o da qeyd edilib ki, əməliyyat zamanı 11 qaçaqmalçı həbs edilib. Onlar arasında Avropa dövlətlərinin vətəndaşları da var. Hazırda araşdırma aparılır. İstintaqdan sonra daha ətraflı məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə