Futbol yığmasının avtobusu dərəyə aşdı ÖLƏNLƏR VAR

Perunun futbol üzrə gənclərdən ibarət yığma komandası ölkənin şimalında dərəyə yuvarlanıb. SİA xəbər verir ki, bu barədə Perunun səhiyyə naziri Silviya Pessax Canal N-ə deyib. Hadusə nəticəsində 7-i nəfər həlak olmaqla, 11 nəfər yaralanıb.

İnsident bazar günü Amasonas regionuna daxil olan Çaçapoyas şəhəri ərazisində yaşanıb. Yerli KİV-lərin məlumatına görə, avtobusun dərəyə aşmasına səbəb idarənin itirilməsi olub.

Ölənlərin cəsədlərinin yaxınları tərəfindən tanındığı bildirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə