Bakı sakinini nar çubuğu ilə Şabranda qətlə yetirən 6 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) Şabranda baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq RPŞ-yə gətiriliblər.
İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.
Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib.
Eyni zamanda, keçirilən tədbirlərlə, Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Türk dövlətləri parlamentləri Qarabağa səfər edəcəklər
Siyasət 13:07"Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb" - Sahil Babayev
İqtisadiyyat 13:04Ötən sutka 46 yanğına çıxış olub - FHN
Hadisə 13:03Milli ideoloji araşdırmaları ilə tanınan alim
Sosial 12:40Baş Prokurorluq-dan mediaya müraciət
Hadisə 12:2793 müəssisədə nöqsanlar aşkarlandı - FOTO
Hadisə 12:21İlham Əliyev və Sadır Japarov Ağdamda
Siyasət 12:20Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır - FOTO
Siyasət 12:15Azərbaycan və Qırğız Respublikası arasında əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat 12:13İcma ABŞ Dövlət Departamentinə cavab verib
Siyasət 12:12Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Hadisə 12:11“Təbiətə valeh olanlar” layihəsi davam edir
Mədəniyyət 12:08Sülh üçün iradə nümayiş etdirməlidir
Siyasət 12:06Vətəndaşların Dövlət Vergi Xidmətinə müraciətləri azalıb
İqtisadiyyat 11:59Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
İqtisadiyyat 11:57Bakıda qadının mənzildə meyiti aşkarlanıb
Hadisə 11:32Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İqtisadiyyat 11:31NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb
İqtisadiyyat 11:30Qızıl daha da ucuzlaşıb
İqtisadiyyat 11:29Almaniya ev alan türklərə 30 min avro verəcək
Dünya 11:16Ölkələr arasında körpülər qurmalıyıq
Siyasət 11:15Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOLAR
Siyasət 11:13Tarixi əməkdaşlıq
Siyasət 11:13“TƏBİB hər evdə” aksiyasına start verilir - FOTOLAR
Sosial 10:47Azərbaycanda vəkillərin sayı 2454 nəfərə çatıb
Siyasət 10:33Mayın 1-dən balıq ovu qadağan edilir
Hadisə 10:07“Brent” markalı neftin qiyməti artıb
İqtisadiyyat 10:06Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri
Hadisə 09:58Xankəndidə silah-sursat tapılıb
Hadisə 09:57Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
İqtisadiyyat 09:34“Respublika Diaqnostika Mərkəzi”nin səhmdarlarının yığıncağı keçiriləcək
İqtisadiyyat 09:24Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır
İdman 09:19“Neftqazmaş” ASC mənfəətini bölüşdürəcək
İqtisadiyyat 09:05Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:01Həkim Faiq Ağayevə sərt qadağa qoydu
Şou-Biznes 08:39“Atletik”in əfsanəsi komandanı tərk edir
İdman 07:24Kosmosda nüvə silahının qadağası baş tutmadı
Dünya 02:31Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8205 +0,04%
- GBP 2,1193 +0,09%
- RUB 0,0184 +1,09%
2008-2024. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: info@sia.az Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;