Saatlıda ağır yol-nəqliyyat hadisəsi baş verib - 2 ölü

Saatlıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bəylik kəndi ərazisində qeydə alınıb. “Opel” markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində sürücü - Bakı şəhər sakini Qəmbərov Şamo Səlamət oğlu və azyaşlı övladı həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə