Rustavidə partlayış olub, 12 nəfər yaralanıb

Gürcüstanın Rustavi şəhərində baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb. Onlardan 5-i azyaşlıdır. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, oktyabrın 21-də Rustavi şəhəri 19-cu mikrorayon ünvanında qaynaq aparılan sexlərin birində ilkin məlumata görə, oksigen balonu partlayıb. Nəticədə 5-i uşaq olmaqla 12 nəfər yaralanıb, ətrafdakı binalara, ictimai-iaşə obyektlərinə xeyli ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə