Gəncədə ümumi sahəsi 30 m² olan birmərtəbəli evin bir otağının döşəməsi 4 m² sahədə yanıb. FHN-dən SİA-ya verilən məlumata əsasən, həmçinin otağa yığılmış taxta qırıntıları 2 m² sahədə yanıb. Qeyd olunur ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə