Azərbaycanlı qız Türkiyədə qəza düşdü

Türkiyənin Uşak vilayətində yol qovşağından dönən avtomobillə motosiklet toqquşub. Qəza nəticəsində motosikletin 23 yaşlı sürücüsü H.H. və azərbaycanlı sevgilisi, 22 yaşlı B.K. yaralanıb.

Qəza dünən axşam saatlarında Uşak-İzmir avtomagistralında meydana gəlib. Yol qovşağında avtomobilin sürücüsü, 52 yaşlı E.Y. maşınını universitet tələbələrinin olduğu motosikletə çırpıb.

Motosiklet sürücüsü və sevgilisi olan azərbaycanlı qız yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə