Sabirabad rayonunda avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib. SİA xəbər verir ki, hadisə oktyabrın 19-da günorta saatlarında rayonun Güdəcühür kəndində qeydə alınıb.

Belə ki, "Nissan” markalı, 10 MX 218 dövlət qeydiyyatı nişanlı avtomobil yolu keçən ikinci sinif şagirdi, 2011-ci il təvəllüdlü Zeyqəm Teymur oğlu Xələfovu vurub və ağır vəziyyətdə olan yaralını Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Hazırda reanimasiyada olan azyaşlının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə