Neft-qaz şirkətində qəza - 700 min litr axdı

Çilinin Maqalyanses cənubi regionunda Argentinanın YPF neft-qaz şirkətinə məxsus müəssisədə baş vermiş qəza nəticəsində ətraf mühitə 700 min litrdən çox neft axıb. SİA İTAR TASS-a istinadən xəbər verir ki, nəticədə 6 min kvadrat metrə yaxın ərazi çirklənməyə məruz qalıb.

Bildirilir ki, şirkət insidentin nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətə keçib. Belə ki, neft axıntısı ərazisinə regionun fövqəladə hallar departamentinin mütəxəssisləri göndərilib. İlkin ehtimallara görə, neft axıntısının vurduğu ziyanın aradan qaldırılması üçün bir neçə həftə vaxta ehtiyac var.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə