Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb

Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb. DİN-dən SİA-ya verilən məlumata görə, oktyabrın 16-da Bərdə şəhərinin ərazisindən şəhər sakini Fuad Mirzəyevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mehdili kənd sakini Bəxtiyar Əliyev kənd ərazisində avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə