Kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı FOTO

Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, “Gelandewagen”in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Şamil oğlu sürət həddini aşaraq qarşıda gedən “Şaqman” yük maşınının çırpılıb.

Qəza nəticəsində “Gelandewagen” yolun əks istiqamətinə keçib.

Avtomobilin sürücüsü Məmmədov Nicat və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıblar. Onların vəziyyəti qənaətbəxşdir. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, sürücü Məmmədov Nicat “Gelandewagen”i bir günlük “Rent a car”dan kirayə götürüb.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə