Sürüşmə zonasında gərginlik qalmaqdadır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqin nəticələrinə əsasən sahədə nisbi stabil gərginlik qalmaqdadır. Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə