1.2 ton kokain müsadirə edildi 9 nəfər tutuldu

Ekvadorda 1.2 tondan artıq kokain müsadirə edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda bildirilir ki, eyni anda narkotik maddə tacirlərinə qarşı keçirilən əməliyyatda ən çox narkotik maddə 0.7 ton həcmində Quayakil şəhərində aşkar edilib.

Qaçaq yüklərin daşınmasına görə, 4 nəfər həbs edilib. 0,3 tondan artıq narkotik maddənin ölkə sahilində qayıqdan tapılıb. Burada 3 nəfər ekipaj üzvü saxlanılıb.

Qalapaqos adalarında 0,2 tondan artıq kokain daha iki nəfərin saxlanılması ilə ələ keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə