“KİA”nı 9000 manat pulla birlikdə yandırdı

Oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub.

Qeyd edək ki, RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə