Gədəbəy şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü yerli sakin Bafta Paşayeva yolu keçən zaman onu "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Bundan əvvəl Gədəbəy rayonunda həyat yoldaşını baltalayan, qonşusunu isə ağacla döyərək ağır xəsarət yetirən şəxsin saxlanıldığı məlumat verilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə