Hacıqabulda iki yük maşını toqquşub

Hacıqabul rayonunda iki yük maşını toqquşub SİA-nın məlumatına görə, FHN-dən bildirilib ki, "Shacman" və "Kamaz" markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Shacman" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...